image-reklam-veteninfo
image-1backend

İndoneziyada təyyarə qəzası: bütün sərnişinlər həlak olub

image-reklam-veteninfo

İndoneziyanın Qərbi Kalimantan əyalətində Airbus H130 helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən Reuters məlumat yayıb.

Məlumata görə, helikopterdə altı sərnişin və iki heyət üzvü olub, heç kim xilas edilməyib.

İndoneziyanın xilasetmə agentliyinin rəhbəri Məhəmməd Syafinin sözlərinə görə, helikopter aprelin 16-sı səhər radarlardan yoxa çıxıb.

Axtarış-xilasetmə qrupları daha sonra helikopterin qalıqlarını, ehtimal ki, quyruq hissəsini, əlaqənin kəsildiyi nöqtədən təxminən 3 kilometr aralıda tapdılar. Qəza yeri sıx meşəlik ərazidə yerləşir.

Yerli xilasetmə xidmətləri vertolyotda olan səkkiz nəfərin hamısının həlak olduğunu təsdiqləyib. Qəzanın səbəbi araşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki