image-1backend

İndoneziyada torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb

image-reklam_sirab_01

İndoneziyanın Yava adasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində ilkin məlumata görə, 16 nəfər həyatını itirib.

Vətəninfo.az xəbər verir ki,   ölkənin Milli Fəlakət Mərkəzinin verdiyi açıqlamaya görə, Yava adasında həddindən artıq yağışlar nəticəsində sel və torpaq sürüşməsi baş verib.

Açıqlamada əlverişsiz hava şəraiti və dağlıq ərazinin axtarış-xilasetmə işlərini ləngitdiyi, ilkin məlumatlara görə 16 nəfərin həyatını itirdiyi, 8 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.

Açıqlamada təbii fəlakətdən xilas olan 11 nəfərin ətrafdakı xəstəxanalarda müalicəsinin davam etdiyi qeyd olunub.

Qeyd edək ki, İndoneziyada oktyabrdan mart ayına qədər davam edə bilən mövsümi yağışlar tez-tez daşqınlara və sürüşmələrə səbəb ola bilir.

İndoneziya hökuməti əvvəlki paytaxt Cakartanı köçürmək istədiyini bildirib, çünki onun 10 milyonluq əhalisi illik daşqınlar, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə kimi təbii fəlakətlərdən təsirlənir və bu da şəhərin şimal hissələrinin sürətlə məhvinə səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image