image-ingbackend

İngiltərə Belarusa qarşı yeni sanksiya tətbiq etdi

image-reklam_sirab_01

Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə İngiltərə Belarusa idxal qadağaları da daxil olmaqla yeni sanksiyalar, həmçinin Belarus media şirkətlərinin təbliğat aparmasının qarşısını almaq üçün tədbirlər görüb.

Vətəninfo.az xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Ukraynaya təcavüzünü fəal şəkildə asanlaşdırmağa davam etdiyi səbəbiylə Belarusa qarşı daha çox sanksiya qərarının verildiyi bildirilib.

Açıqlamada sözügedən yeni sanksiya paketinə Belarusdan qızıl, sement, ağac və rezin idxalına qadağaların daxil edildiyi, sanksiyaların həmçinin İngiltərədən Belarusa əskinas və maşınların ixracının qarşısının alınmasının, habelə kimyəvi və bioloji silahların istehsalında istifadə oluna bilən mallar, texnologiya və materialları olduğu bildirilib.

Bundan əlavə, Belarusun yalan xəbərlər yaymaqda davam etdiyinə toxunulan bəyanatda qeyd edilib ki, Belarusdan təyin olunmuş media qurumlarına Böyük Britaniyada onlayn da daxil olmaqla təbliğatı əngəlləmək səlahiyyəti verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki