image-reklam-veteninfo
image-1backend

İngiltərə İspaniyanın 43 oyunluq məğlubiyyətsiz seriyasına son qoydu

image-reklam-veteninfo

Millətlər Liqasının qrup mərhələsində keçirilən qarşılaşmada İngiltərə İspaniyanı 3:2 hesabı ilə məğlub edib.

Dünya çempionatının bürünc medalçısı İngiltərə millisi dünya və Avropa çempionu İspaniyanın rekord nəticə ilə davam edən məğlubiyyətsiz oyunlar seriyasını dayandırıb.

Vətəninfo.az xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin son turunda İspaniya millisi doğma meydanda İngiltərə ilə qarşılaşıb. Gərgin keçən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da İspaniyanın 2024-cü ildən başlayan və oyun vaxtı ərzində 43 matçı əhatə edən məğlubiyyətsiz seriyası başa çatıb.

Qeyd edək ki, İspaniya 2025-ci ildə Millətlər Liqasının finalında Portuqaliyaya penaltilər seriyasında uduzsa da, həmin qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə ilə yekunlaşmışdı. Buna görə də məğlubiyyətsiz seriya statistikası pozulmamışdı.

Məlumata görə, hər iki komanda Millətlər Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki