image-1backend

İngiltərə parlamentinə ilk dəfə rekord sayda müsəlman daxil oldu

image-reklam_sirab_01

İngiltərədə iyulun 4-də keçirilən seçkilər nəticəsində parlamentin aşağı palatası olan İcmalar Palatasına 25 deputatla rekord sayda müsəlman daxil olub.

4 iyul seçkiləri 89 deputatla azlıqların ən yüksək nisbətdə təmsil olunduğu parlamenti yaratdı.

2019-cu il parlament seçkilərində 19, 2017-ci il isə 15 müsəlman namizəd parlamentə daxil olmaq hüququ qazandığı halda, 2024-cü ilin 4 iyul seçkilərində bu say 25 oldu.

Təxminən 3,5 milyon müsəlmanın yaşadığı İngiltərədə müsəlman deputatlardan 18-i İşçi Partiyasından, 2-si Mühafizəkarlar Partiyasından və 1-i Liberal Demokrat Partiyasından İcmalar Palatasına daxil olub. Qəzzanı dəstəkləyən müstəqil parlament namizədləri arasında 4 müsəlman da seçilib və çoxluğu qazananlar arasındadır.

İşçi Partiyasından Şimali Somersetdən deputat seçilən Sadik Həssan Mühafizəkarlar Partiyasının 32 yaşlı deputatı Liam Foksu yerindən edib, Abtisam Muhamed isə ölkənin ilk Yəmən əsilli deputatı olub.

Əhalisinin 30 faizindən çoxunu müsəlmanların təşkil etdiyi 20 seçki dairəsinin hamısında İşçi Partiyasının namizədləri millət vəkili seçilib. Partiyanın Qıbrız türkü (Şimali Kipr Türk Respublikası – ŞKTR) olan namizədi Nesil Çalışkan ilk türk soylu qadın millət vəkili olub.

İcmalar Palatasına daxil olmağı bacaran 25 deputatdan 8-i Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir əsillidir.

2024-cü ilin 4 iyulunda İngiltərədə keçirilən parlament seçkilərindən sonra Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyəti başa çatıb: 5 il əvvəl 365 olan millət vəkilləri sayı 120-yə enib. İşçi Partiyası isə 650 yerlə İcmalar Palatasında 411 yer qazanaraq yeni hökuməti formalaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image