Dünyada getdikcə daha çox insan xəbərləri izləməkdən imtina edir, onu darıxdırıcı və ya depressiv adlandırır.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” Jurnalistika İnstitutunun qlobal araşdırmasında deyilir.
Bu ilin yanvar-fevral aylarında keçirilən sorğuda 47 ölkədən 95 minə yaxın insan iştirak edib. Məlum olub ki, hər 10 respondentdən 4-ü (39 faiz) bilərəkdən xəbərlərə baxmaqdan yayınır. 2017-ci ildə bu göstərici nəzərəçarpacaq dərəcədə aşağı idi – 29 faiz.
Hesabat müəlliflərinin fikrincə, insanların xəbər gündəmindən “ayrılmaq” istəyi Ukrayna və Yaxın Şərqdəki müharibələrdən qaynaqlana bilər.
Məlumatda bildirilir ki, xəbərlərdən qaçmaq istəyi indi rekord səviyyədədir. Xəbərləri çox yaxından izlədiklərini deyən respondentlərin payı ümumilikdə dünyada 2017-ci ildəki 63 faizdən 46 faizə enib.
Böyük Britaniyada xəbərlərə maraq 2015-ci ildən bəri, demək olar ki, iki dəfə azalıb. Tədqiqat müəllifləri qeyd edirlər ki, videoformat internetdə getdikcə daha vacib xəbər mənbəyinə çevrilir, xüsusən də gənclər arasında. Hesabata görə, qısa xəbər videoları ən cəlbedicidir ki, “TikTok” da buna üstünlük verir.“AzPolitika.info”