image-reklam-veteninfo
image-1backend

İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu

image-reklam-veteninfo

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.

Vətəninfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.

Xatırladaq ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin edilib.

F.Xəlilov buna qədər “EasyCep Azərbaycan” Şirkətinin İdarə Heyətinin sədri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki