image-reklam-veteninfo
image-img_20260215_wa0129_1771159807backend

Ipsos: ” İranla münaqişə fonunda Trampın reytinqi tarixi minimuma yaxın olaraq qalır” 

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Trampın fəaliyyətinin bəyənilmə səviyyəsi 32% həddində qalır ki, bu da onun hakimiyyətdə olduğu bütün müddət ərzində qeydə alınan ən aşağı göstəriciyə yaxındır.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Ipsos” şirkəti dərc olunmuş rəy sorğusunun nəticələrinə istinadla məlumat verib.

Eyni zamanda, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını sorğuda iştirak edən ABŞ vətəndaşlarının yalnız 31%-i dəstəkləyir, 64%-i isə buna qarşı çıxır.

“Ipsos”un qiymətləndirməsinə görə, Trampın populyarlığının azalması Tehranla münaqişə fonunda yanacaq qiymətlərinin artması ilə bağlıdır ki, bu da amerikalı ev təsərrüfatlarının maliyyə yükünü artırıb.

Sorğu 13–16 noyabr tarixlərində ABŞ-nin bütün ərazisində onlayn formatda keçirilib.

Sorğuda 1 521 respondent iştirak edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki