image-66666backend

İqor Konaşenkov: ”Rusiya qüvvələri Ukraynaya məxsus hədəflərə zərbələr endirib”

image-reklam_sirab_01

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusuna məxsus arsenala ağır zərbələr endirdiklərini bildirib. Vətəninfo.az xəbər verir ki,  İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Müəyyən edilmiş hədəflərə hücumlar həyata keçirdiklərini bildirən İqor Konaşenkov deyib: “Rusiya Silahlı Qüvvələri bu gecə düşmənin qoşunlarının müvəqqəti mövqelərinə və arsenalına ağır zərbələr endirib. Müəyyən edilən bütün hədəflər vurulub”.

İqor Konaşenkov bildirib ki, hücum nəticəsində Ukrayna qoşunların irəliləməsinin qarşısı alınıb.

‘‘Bu günə qədər Ukrayna ordusuna məxsus 419 təyyarə, 230 helikopter, 4052 pilotsuz uçuş aparatı, 421 hava hücumundan müdafiə  sistemi, 9046 tank və zirehli texnika, 1098 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4774 haubitsa ilə minaatan vә 10777 hәrbi maşın mәhv edilib’’,-deyә Rusiya Müdafiә Nazirliyinin rәsmisi bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki