image-1backend

İrakli Kobaxidze:”Müxalifətin artıq gücü qalmayıb”

image-reklam_sirab_01

Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, müxalifətin artıq küçələrdə iğtişaşlar törətmək imkanları yoxdur.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “zorakılığa cəlb olunmuş” 500-ə yaxın şəxsin zərərsizləşdirilməsi müxalifəti qarşıdurmanı genişləndirmək imkanından məhrum edib.

Vətəninfo.az xəbər verir ki,Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib: “Zorakılıqdan istifadə etmək üçün resurs olmayanda və insanlar mitinqlərə çıxmayanda, onların vəziyyəti gərginləşdirmək imkanı yoxdur”.

Baş nazir həmçinin ehtimal edib ki, müxalifət fevralda parlamentin boykotunu dayandıra bilər. Kobaxidzenin fikrincə, bu, siyasi vəziyyətin nizamlanmasına töhfə verəcək. Əks halda, onun fikrincə, bu, müxalifət qüvvələrinin tam məğlubiyyətinin etirafı olacaq.

Xatırladaq ki, Gürcüstan müxalifəti prezident Salome Zurabişvili ilə birlikdə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımamışdı. Noyabrın 4-dən ölkədə son vaxtlar dinc keçən etiraz aksiyaları davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image