image-reklam-veteninfo
image-1backend

İran-ABŞ danışıqlarının beşinci raundu Romada keçiriləcək

image-reklam-veteninfo

İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların beşinci raundu mayın 23-də Romada keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə dialoqda vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr Əlbusaidi özünün X mikrobloqunda yazıb. Oman rəsmisi yazıb: “İran və ABŞ arasında danışıqların beşinci raundu mayın 23-də Romada baş tutacaq”.

ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Omanın vasitəçiliyi ilə dörd raund danışıqlar aparıb. Bunlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü isə aprelin 26-da və mayın 11-də yenidən Omanın paytaxtında baş tutub. Məsləhətləşmələrdə iştirak edən İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki