İran bərabər şərtlərlə və İslam Respublikasının milli maraqlarına riayət olunarsa, ABŞ-la nüvə sazişi imzalamağa hazırdır.
Vətəninfo.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
İran prezidentinin rəsmi saytı İran prezidentinin sözlərindən sitat gətirib: “Birləşmiş Ştatlarla danışıqlara dair müəyyən sərhədlər daxilində və milli maraqlara əsaslanaraq, biz razılaşmaya hazırıq, lakin onlar bizimlə bərabər şərtlərlə sövdələşmək istəməsələr, biz öz yolumuza davam edəcəyik”.
ABŞ ilə danışıqların ikinci raundundan sonra o, İranın ali lideri Əli Xamneyinin səsləndirdiyi mövqeyi təkrarlayıb ki, Tehran danışıqlara pessimist yanaşır, optimist deyil.