image-111backend

İran ABŞ-ın növbəti neft tankerini ələ keçirdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Hörmüz boğazında Panama bayraqlı neft tankerinin İran İnqilab Keşikçiləri tərəfindən ələ keçirildiyini açıqlayıb.

ABŞ-ın Bəhreyndə yerləşən 5-ci Donanmasından verilən yazılı açıqlamada bildirilir: “Mayın 3-də yerli vaxtla saat 06:20 radələrində ABŞ-ın “Niovi” adlı Panama bayraqlı neft tankeri Hörmüz boğazından keçərkən İran İnqilab Keşikçiləri Hərbi Dəniz Donanması tərəfindən ələ keçirilib.

Dubaydan çıxan neft tankeri Hörmüz boğazına daxil olarkən İnqilab Keşikçiləri Ordusunun sürətli qayıqları tərəfindən mühasirəyə alınıb, daha sonra isə tankerin marşrutu İranın Bəndər Abbas sahillərinə çevrilib”.

Xatırladaq ki, İran bundan əvvəl aprelin 27-də ABŞ-ın Oman körfəzində Marşal adaları bayrağı altında “Advantage Sweet” neft tankerini saxlamışdı. İran Ordusu tərəfindən verilən açıqlamada tankerin İran gəmisinə çırpılaraq qaçdığı və “beynəlxalq dəniz qaydalarını pozduğu” üçün məhkəmə qərarı ilə götürüldüyünü bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki