image-reklam-veteninfo
image-image_750x_648b3411e431fbackend

İran ABŞ-la məhbusları dəyişdirməyə hazırdır

image-reklam-veteninfo

İran və ABŞ məhbusların mübadiləsi ilə bağlı razılığa gəlməyə yaxındırlar, sənədin detallarının yekunlaşdırılması prosesi davam edir.

Vətəninfo.az xəbər verir ki, bu barədə İRNA agentliyi Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl Busaidinin müsahibəsinə istinadən məlumat yayıb.

“Deyə bilərəm ki, tərəflər məhbusların mübadiləsi ilə bağlı saziş bağlamağa yaxındırlar və yəqin ki, yalnız texniki məsələlərin müzakirəsi qalıb”, – o deyib.

Xatırladaq ki, İranda saxlanılan azsaylı amerikalılardan biri 2016-cı ildə casusluq və ABŞ hökuməti ilə əməkdaşlıq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilmiş Amerika-İran ikili vətəndaşlığı olan iş adamı Siyamək Namazidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki