İranın paytaxtı Tehranda Almaniya səfirliyinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzi – Höte İnstitutu “qanunsuz fəaliyyət”lə məşğul olduğu əsası ilə möhürlənib.
Tehranın İslamiyyə küçəsində yerləşən binaya polis İran məhkəmə orqanlarının göstərişi ilə möhür basıb.
İran hakimiyyəti Almaniya mədəniyyət mərkəzinin “qanunsuz fəaliyyəti və maliyyə pozuntuları” səbəbindən bağlandığını bildirib. Qərar 2024-cü il iyulun 24-də Almaniyada şiə müsəlmanlara məxsus dini mərkəzin bağlanmasından sonra verilib.
Almaniya ölkədəki şiə icmasının mühüm mərkəzlərindən olan Hamburq İslam Mərkəzi və filiallarını antisemitizmdə günahlandırıb. Qadağa qərarından sonra polis 8 əyalətin 53 mülkündə axtarış apararaq bu qurumların mallarını müsadirə edib.