İran Almaniyanın İslam Respublikasına qarşı hərbi əməliyyatlarda iştirak edəcəyi təqdirdə, ölkənin regiondakı hərbi bazalarını və obyektlərini hücumlarla hədələyib.
Vətəninfo.az xəbər verir ki, “Fars” xəbər agentliyinin təhlükəsizlik sahəsindəki mənbəyə istinadən yaydığı məlumata görə, Tehran Berlinə xəbərdarlıq edib ki, Almaniyanın İranla açıq hərbi qarşıdurmaya qoşulması halında onun regiondakı hərbi obyektləri “qanuni hədəf” hesab ediləcək.
Məlumata əsasən, İran tərəfi Almaniyaya bu ölkədə yaşayan iranlılarla bağlı da xəbərdarlıq edib. Tehran Almaniya hakimiyyətini iranlı vətəndaşların əsassız ittihamlarla təqib edilməməsinə çağırıb.
Hadisə ilə bağlı Almaniya rəsmilərinin mövqeyi barədə məlumat verilməyib.


























