Bu gün Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində bir gəminin İran tərəfindən ələ keçirildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, rəsmi məlumatda bildirilir ki, hadisə Fuceyrə limanından təxminən 38 dəniz mili şimal-şərqdə baş verib.
UKMTO-nun açıqlamasına görə, gəminin təhlükəsizlik üzrə məsul şəxsi (CSO) bildirib ki, gəmi lövbərdə olarkən naməlum şəxslər tərəfindən ələ keçirilib və hazırda İranın ərazi sularına doğru hərəkət etdiyi ehtimal olunur. Qurum hazırda hadisə ilə bağlı araşdırmanı davam etdirir.


























