image-reklam-veteninfo
image-1backend

İran  BMT-yə  ABŞ-dan şikayət etdi 

image-reklam-veteninfo

Vətəninfo.az “Jamaran News”-ə istinadən  xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə məktub göndərib.
İrəvani məktubunda ABŞ prezidenti Donald Trampın martın 30-da NBC News telekanalına müsahibəsində İranı bombalamaqla təhdid etməsinə toxunaraq yazıb:
“Təhlükəsizlik Şurası birmənalı şəkildə ABŞ prezidentinin təhdidlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi pisləməli və ABŞ-ı beynəlxalq hüquq və BMT Nizamnaməsindən irəli gələn hüquqi öhdəliklərinə əməl etməyə çağırmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki