Bu gün İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib ki, Tehran Buşehr Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisini başa çatdırmaq üçün Rusiya ilə daim əlaqə saxlayır.
O bildirib ki, İran yeni blokların tikintisini və istismara verilməsini sürətləndirməyi gözləyir.
Səfirin sözlərinə görə, Rosatom öz işçilərinin fəaliyyətlərini davam etdirə bilməsi üçün şərait yaratmaq məqsədilə Rusiya tərəfi ilə fəal əməkdaşlıq davam edir.


























