İran oktyabrın 3-ü səhər saat 5:00-a qədər bütün ölkədaxili reysləri dayandırır.
Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu qərar regionda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
Bu arada, bir sıra əcnəbi aviasiya şirkətləri də İrana uçuşları təxirə salmağa başlayıb. “Flightradar” portalında yerləşdirilən məlumatlarda ölkənin hava məkanının açıq olmasına rəğmən bu addımın baş verə biləcək hadisələrin qarşısını almaq niyyəti daşıdığı göstərilıib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub.