Bu yaxınlarda ABŞ və İsrailin İrana hücumları zamanı ciddi ziyan dəymiş Fordo yeraltı nüvə kompleksində bərpa işlərinə başlanılıb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı, MAXAR – ABŞ‑də yerləşən qabaqcıl kosmik texnologiyalar şirkəti nüvə obyektinin peyk görüntüsünü paylaşıb.
Məlumata görə, Qum şəhəri yaxınlığında yerləşən obyekt İranın uranın zənginləşdirilməsi proqramının əsas elementi hesab olunur. İnfrastrukturun bərpası gücləndirilmiş məxfilik şəraitində və SEPAH-ın ciddi mühafizəsi altında aparılır.