Vətəninfo.az “Tasnim News” istinadən xəbər verir ki, İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Əmir Əlirza Səbahifərd dünən xarici ölkələrin hərbi rəsmiləri ilə görüşdə deyib:
“İkitərəfli əlaqələr çərçivəsində Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə təlimlərinin keçirilməsi, təcrübə mübadiləsi və ikitərəfli görüşlər sahəsində müxtəlif hərbi əməkdaşlığı genişləndirməyə hazır olduğumuzu bildirirəm”.
Onun sözlərinə görə, beynəlxalq tələblər İranın səmasını dost ölkələr üçün təhlükəsiz məkana, istənilən düşmənçilik hərəkəti üçün isə təhlükəyə çevirib.


























