image-9backend

İran Ərəb Dövlətləri Liqasına qayıdır

image-reklam_sirab_01

Ərəb Dövlətləri Liqası (APL) ölkələrinin xarici işlər nazirləri Suriyanın 10 ildən çox əvvəl dayandırılmış təşkilata üzvlüyünü bərpa etmək barədə razılığa gəliblər. Vətəninfo.az xəbər verir ki, bu barədə  Əl-Cəzirə telekanalı xəbər yayıb.

Nazirlər bu qərarı təşkilatın Qahirədəki mənzil-qərargahında mayın 19-da Səudiyyə Ərəbistanında APL sammiti ərəfəsində keçirilən xüsusi iclasda qəbul ediblər.

Daha əvvəl bildirilmişdi ki, Səudiyyə Ərəbistanı Suriyanın APL-yə qaytarılmasının tərəfdarıdır və bu təşəbbüsün əsas rəqibi Qətərdir. Bu ölkələrin hər ikisi uzun illərdir ki, Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə qarşı silahlı mübarizə aparan qruplara dəstək verib. Səudiyyə Ərəbistanı son vaxtlar Dəməşqlə münasibətləri bərpa etməyə çalışır.

Sammitdən əvvəl APL-in növbədənkənar iclasının keçiriləcəyi gözlənilir.

2011-ci ildə bir çox ərəb ölkələri Suriya hökumət ordusuna qarşı hərbi əməliyyatlara başlayan üsyançılara dəstək verdikdə Dəməşqin Fələstin Azadlıq Təşkilatına üzvlüyü dayandırılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki