image-1backend

İran ermənilərə necə dəstək verir? – Daşnaklara “molla” məsləhəti

image-reklam_sirab_01

Artıq uzun illərdir ki, rəsmi Tehran erməni sevdasından əl çəkmir. Hər kəsə məlumdur ki,  İran rəsmiləri Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il ərzində bir dəfə də olsun səslərini çıxarmadılar. Əvəzində 44 günlük Vətən müharibəsində Azərbaycan öz suveren ərazilərini bərpa edəndə İran sərhədlərindəki hər hansı bir təhlükəyə biganə qalmayacağını bəyan etdi. Bunun ardınca İran rəsmiləri gecikmiş xoruz banını xatırladan bəyanatlarını verməyə başladılar. Bir qədər sonra Azərbaycan “Zəngəzur dəhlizi”nin açılmasının bir reallıq olduğunu açıqlayanda, İran yenidən özünü ortaya atdı və  “Zəngəzur dəhlizi”nin onların qırmızı xətti olduğunu bəyan etdi. İran bu bəyanatları ilə hələ 3 il öncə regionda Azərbaycan dövlətinin güclənməsinin əbul etmədiklərini bəyan edirdi. Bunun ardınca İran Zəngəzurda tez-tələsik öz konsulluğunu açdı. Bunun ardınca Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum oldu. Bir sözlə İran öz çirkin siyasətini davam etdirmək niyyətində idi. Ancaq müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışları və bəyanatları ilə İran rəsmilərini yerində oturtdu.

Keçən zaman ərzində İran- Azərbaycan münasibətlərində  müəyyən irəlləyişlər olsa da, görünür İran yenə öz çirkin niyyətindən əl çəkməyib. Dünən Ermənistanın Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin sədri İşxan Sağatelyan İranın Ermənistandakı səfirliyində olub.
İran səfiri ilə görüşən erməni daşnak siyasətçi İran xalqına Kermandakı terror aktı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, İran rejimi Ermənistanın Qarabağda strateji məğlubiyyətindən sonra fiaskoya uğrayan erməni millətçilərinin emosiyalarından istifadə edərək, Daşnaksütyun terror qruplaşmasına dəstək verməklə bu qruplaşmadan Azərbaycana qarşı bir rıçaq kimi istifadə etməyə çalışır. İndi molla rejimi daşnaklara Ermənistandakı vəziyyətlə bağlı tövsiyyələr verir. Ancaq görünən odur ki, artıq sıxılmış bir qumbaraya bənzər İran bu partlayışdan xilas ola bilməyəcək. Regionda daimi gərginliyin olmasını arzu edən rəsmi Tehranın özü bomba effektindədir.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki