image-img_20230616_154712backend

İran Ermənistana 3 milyard dollarlıq ixrac hədəfləyib

image-reklam_sirab_01

“İran Ermənistana 3 milyard dollarlıq ixrac hədəfləyib”.- Vətəninfo.az xəbər verir ki, bunu İranın Ermənistana yeni təyin olunan səfiri Mehdi Subhani deyib.

“İranın Ermənistana ixrac həcmi artmalıdır. Dərman məhsullarının ixracı haqqında düşünməliyik”.-deyə səfir əlavə edib.

“Tasnim News” agentliyinin məlumatına görə, yeni səfir dünən, iyunun 15-də Zəncan əyalətinin Ticarət Palatasının rəsmiləri ilə görüşüb.

Zəncanlı sahibkarlarla görüşdən məmnunluğunu ifadə edən diplomat qeyd edib:

“Zəncanlı iş adamlarının qaldırdıqları məsələlər və problemlərdən məlumatım var və Ermənistanla daha çox əlaqə qurmaq üçün istehsalçıların problemlərinin həlli istiqamətində mütləq əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, İran hökuməti son illər Güney Azərbaycan əyalətlərini məqsədyönlü şəkildə işğalçı Ermənistanla siyasi, iqtisadi və mədəni əlaqələr qurmağa sövq edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki