Hazırda Qətər, Ermənistan və İraq İrandan işçi qəbul etməyə hazır olduğunu bəyan edir.
İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin Məşğulluq İnstitutlarının İnkişafı və İşçi Qüvvəsinin Rəhbərliyi İdarəsinin baş direktoru Omid Məlek deyib:
“İşçi qüvvəsinin xaricə göndərilməsi qaydalara uyğun həyata keçirildiyi təqdirdə ölkəyə qazanc gətirir, ona görə də beynəlxalq əmək bazarında mövcud iş imkanlarından istifadə edə bilsək, işçi qüvvəsinin təcrübəsini artırmış olarıq və bu, ölkəyə valyuta gətirər!”