Avropa İttifaqı (Aİ) İran ətrafında yaşanan münaqişə və Hörmüz boğazındakı gərginlik səbəbindən enerji resurslarının idxalına əlavə 90 milyard avro vəsait xərcləyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentindəki çıxışı zamanı bəyan edib.
Komissiya rəhbəri qeyd edib ki, Hörmüz boğazında münaqişənin başlamasından etibarən idxal olunan qalıq yanacaq Avropa ölkələri üçün kəskin şəkildə bahalaşıb. Fon der Lyayen əlavə xərclərə diqqət çəkərək, “Bununla belə, biz heç bir əlavə enerji molekulu almamışıq”, – deyə vurğulayıb.
Qeyd edək ki, bu barədə məlumatı İranın rəsmi İRNA agentliyi yayıb.

























