Vətəninfo.az Defa Press saytına istinadən xəbər verir ki, İranın ali rəhbəri və ali baş komandanı Əli Xameneyinin köməkçisi və baş müşaviri general-mayor Seyid Yəhya Səfəvi dünən SEPAH-ın Komandanlıq Kolleci və Qərargahının (Dafus) tələbələri ilə birlikdə ölkənin şimal-qərb sərhədlərinə baş çəkib.
Ağrı dağını qərəzli şəkildə “Ararat” adlandıran və Qarasu, Araz çaylarının keçdiyi bölgənin İranın ən mürəkkəb sərhədlərindən olduğunu bildirən general bəzi regional və trans-regional aktorların Qafqaz bölgəsində nifaq və böhran yaratmaq cəhdlərinin olduğunu deyib:
“Regiondankənar qüvvələr Rusiya, İran, Azərbaycan və Ermənistanın ziyanına olan dəyişikliklər və proseslər yaratmağa çalışırlar”.
“Azərbaycan və Türkiyə İranın geosiyasətini tamamlayır” Ağrı dağını qərəzli şəkildə “Ararat” adlandıran və Qarasu, Araz çaylarının keçdiyi bölgənin İranın ən mürəkkəb sərhədlərindən olduğunu bildirən general bəzi regional və trans-regional aktorların Qafqaz bölgəsində nifaq və böhran yaratmaq cəhdlərinin olduğunu deyib: “Regiondankənar qüvvələr Rusiya, İran, Azərbaycan və Ermənistanın ziyanına olan dəyişikliklər və proseslər yaratmağa çalışırlar”.
“Azərbaycan və Türkiyə İranın geosiyasətini tamamlayır” deyən general Səfəvi əlavə edib:
“Ümid edirik ki, həssas və geosiyasi Qafqaz regionunun ölkələri sayılan İran, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında qarşılıqlı anlaşma və fəal siyasi, müdafiə və təhlükəsizlik diplomatiyası sayəsində bu dövlətlər bölgədə siyasi və geosiyasi dəyişikliklər axtaran amerikalıların, avropalıların və “sionist rejimin” strategiyasını məğlub edə biləcəklər. Bununla belə, güclü İran öz maraqlarını və milli təhlükəsizliyini təkbaşına müdafiə etməyə qadirdir”.


























