image-1backend

İran hərbçiləri PKK terroçularına təlim keçir: SENSASİON İDDİA

image-reklam_sirab_01

İranın bir qrup kəşfiyyat bölməsi və Həşd-Şəəbi qruplaşmasının üzvləri İraq və Suriyada dronlardan istifadə və PUA-ların vurulması sahəsində PKK terrorçularına təlim keçirlər. Vətəninfo.az xəbər verir ki, bu iddia ilə   Türkiyənin “Yeni Şafak” qəzeti çıxış edib. Qəzet yazır ki, İran PKK-nın silah-sursat və canlı qüvvəsinin daşınmasını da təşkil edir.
“Sonuncu silah partiyası Sincar, Süleymaniyyə və Qəndilə, habelə İrandan 50 terrorçu İraqın şimalındakı Zaqros, Avaşin-Basyan və Zap bölgələrinə göndərilib.
PKK iyunun 11-də Suriyanın şimalındakı Fərat Qalxanı əməliyyatı bölgəsində Şahid-136/131 dronları ilə kəşfiyyat uçuşları həyata keçirib. Ərazidə PUA-lara qarşı sistemlərin fəaliyyət göstərməsi səbəbindən İran dronları geri qayıtmağa məcbur olub.” -qəzet yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki