İran bu gündən etibarən ölkə ərazisində hərbi təlimlərə başlayıb.
Vətəninfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri, general-mayor Əziz Nəsirzadə deyib: “Bu şənbə günündən başlayaraq, düşmənin iddialarının əksinə olaraq, müdafiə qabiliyyətimizin azalmadığını, əksinə, əslində gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlərə start veriləcək”.