image-1backend

İran hərəkətə keçdi: Abbas Araqçı Bağdada getdi

image-reklam_sirab_01

İranın xarici işlər naziri Abbas Araqçı Suriyadakı hadisələrlə bağlı İraq hakimiyyəti ilə siyasi məsləhətləşmələr aparmaq üçün cümə günü səhər Tehrandan Bağdada yola düşüb.

Vətəninfo.az xəbər verir ki, İraq, Suriya və İranın xarici işlər nazirləri cümə günü görüş keçirəcək.

Məlumata görə, “Heyət Təhrir əş-Şam”ın başçılıq etdiyi silahlılar ötən həftə Suriyanın şimal-qərbində Hələb və İdlib əyalətlərində genişmiqyaslı hücuma keçərək, bir neçə bölgəni ələ keçiriblər.

O vaxtdan bəri Suriya hökumət qüvvələri mövqelərini bərpa etmək üçün müxalif ordu ilə şiddətli toqquşmalara başlayıb.

Suriya 2011-ci ilin martından bəri xaricdən dəstəklənən silahlı qruplaşmaların əlindədir, rəsmi Dəməşq deyir ki, Qərb dövlətləri və onların regional müttəfiqləri ərəb ölkəsində təxribat törətmək üçün terror qruplarına kömək edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image