Vətəninfo.az xəbər verir ki, Hind okeanında subtropik siklonlara həsr olunmuş birinci beynəlxalq konfransda çıxış edən kontr-admiral Şəhram İrani deyib: “Biz gəmiçiliyin, iri neft tankerlərinin və kommersiya gəmilərinin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə cavabdehik.
İranın Hind okeanında birgə hərbi təlimlər keçirəcəyini açıqlayan o, əlavə edib: Allah eləməsin ki, başqa okeanlarda da hərbi təlimlər keçirək”. “Biz bütün dəniz təhlükəsizliyi mərkəzləri ilə əməkdaşlığı genişləndiririk və atmosfer problemləri ilə bağlı məlumat mübadiləsinə hazırıq”, – deyə o, prioritetin Hind okeanı olduğunu bildirib.
O əlavə edib ki, İran hazırda Oman və Pakistanla dəniz təhlükəsizliyi sahəsində birbaşa əlaqələrə malikdir və ölkə Hind və digər okeanlarda ciddi iştirak etməyə çalışır.


























