image-reklam-veteninfo
image-img_20231003_084118backend

İran Hizbullah silahlarını Ukraynada istifadə etmək üçün Rusiyaya təhvil verəcək 

image-reklam-veteninfo

İran və Rusiya yeni saziş imzalayıblar.

Razılaşmaya görə, İranyönlü hərbi-siyasi təşkilat olan Hizbullah köhnə silahlarını Suriyadakı ərəb qruplaşmalarına və Rusiya ordusuna təhvil verəcək və bunun müqabilində Tehrandan yeni silahlar alacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə SEPAH-ın xüsusi təyinatlıları Küveytin “Əl-Cəridə” qəzetinə bildiriblər.

Qeyd olunur ki, Ukraynada istifadə üçün silaha ehtiyacı olan Rusiya hökuməti Hizbullah-ın 2006-cı ildən bu yana anbarlarında topladığı külli miqdarda hərbi sursatı alacaq.

Mərkəzi Livanda yerləşən Hizbullah hərbi-siyasi təşkilatı İranın bölgədəki (Suriya, İraq, Yəmən) əsas regional peyki və “podratçısıdır”.
Təşkilatın rəhbəri isə İrana bağlı Həsən Nəsrullahdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki