image-1backend

İran hökuməti edam maşınını yenidən işə salıb 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, son iki gündə Təbriz, Xürrəmabad, Şiraz və İsfahan şəhərlərində beş məhbus dar ağacından asılıb. Kərəcin Qızılhisar zindanında isə daha üç məhbus edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürülüb.
Məlumata görə, Təbrizin mərkəzi həbsxanasında “qəsdən adam öldürmək”də ittiham edilən bir məhbus, Xürrəmabadın Parsilun zindanında “narkotik qaçaqmalçılığı”nda günahlandırılan iki şəxsin ölüm hökmü icra edilib.
Bildirilib ki, Şirazın Adilabad zindanında saxlanılan və “qəsdən adam öldürmək”də təqsirli bilinən bir məhbus və İsfahan mərkəzi həbsxanasında “narkotik qaçaqmalçılığı”nda ittiham edilən daha bir məhbus asılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image