image-346486195_209298321913990_1159425119938357654_nbackend

İran hökuməti Güney Azərbaycan şəhərlərini Ermənistanla mədəni əməkdaşlığa sürükləyir

image-reklam_sirab_01

Ermənistanlı uşaq və yeniyetmələr üçün mədəni-bədii proqramlar təşkil etmək məqsədilə İranın Qafandakı Baş Konsulluğu və Şərqi Azərbaycan əyalətinin Mədəniyyət Mərkəzinin birgə görüşü keçirilib.

Vətəninfo.az xəbər verir ki, İranın Qafandakı baş konsulu ilə Şərqi Azərbaycanın Mədəniyyət Mərkəzinin rəhbərinin görüşündə Ermənistanda uşaq və yeniyetmələr üçün mədəni-bədii tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərqi Azərbaycan əyalətinin Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzindən verilən məlumata görə, İranın Qafan şəhərindəki baş konsulu Murtəza Abedin Vəramin sözügedən mərkəzin fəaliyyətinin əhəmiyyəti və roluna toxunaraq, uşaqlar və yeniyetmələrlə qarşılıqlı əlaqədə konsulluğun mədəni-bədii proqramların həyata keçirilməsi üçün zəruri platforma yaratmağa hazır olduğunu deyib.
Görüşdə Araz Azad İqtisadi Zona Təşkilatının Qafqaz üzrə direktoru Məşayixi də iştirak edib. (kanoonnews.ir)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki