image-1backend

İran hökuməti türkcə kitabların nəşrini məhdudlaşdırdı 

image-reklam_sirab_01

Güneyli şair, tərcüməçi və ictimai fəal Saleh Səccadi İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin ölkədə Azərbaycan dilində kitabların nəşrinə qadağa və məhdudiyyətləri artırdığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Səccadi bildirib ki, ölkədə Azərbaycan türklərinin milli kimlik, dil və mədəniyyətlşini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda, buna qarşı qadağaların tətbiqi də güclənib.
Yazıçının sözlərinə görə, xüsusilə son üç ildə Azərbaycan dilində kitabların nəşrinə qadağa və senzura daha da kəskinləşib.
O, bununla bağlı deyib: “Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki