Vətəninfo.az xəbər verir ki, İranda “iPhone” markalı telefonların idxalına qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb.
Bununla bağlı, İranın informasiya və kommunikasiya texnologiyaları naziri Seyid Səttar Haşimi bildirib ki, birinci vitse-prezident Məhəmməd Rza Arifin göstərişi ilə “iPhone” mobil telefonlarının idxalının kommersiya gəliri 96% müəyyən edilib.
Onun sözlərinə görə, Nazirlər Kabinetindən mobil telefonlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün icazə alınıb tezliklə “iPhone”ların idxalı ilə bağlı təfərrüatlar və qaydalar açıqlanacaq.