image-1backend

İran İsrailə bu  silahlarla hücum etməyi planlaşdırır- WSJ

image-reklam_sirab_01

İran 26 oktyabr hücumuna cavab olaraq İsrailə zərbələr endirməyi planlaşdırır.

Vətəninfo.az  İran və Ərəb rəsmilərinin belə planlarına istinadən xəbər verir.

Nəşrin fikrincə, istifadə edilən istənilən raket daha güclü döyüş başlığına malik olacaq. İran İslam İnqilabı Keşikçiləri Korpusunun malik olduğu daha güclü döyüş başlıqlarına malik raket və dronlardan istifadə edəcək kompleks zərbə endirmək niyyətindədir. Bundan əlavə, İran ordusunun arsenalında mövcud olan silah sistemlərinin işə salınacağı qeyd edilir.

Qəzetin yazdığına görə, oktyabrın 1-də İsrailə son hücumu zamanı İran əsasən dörd növ orta mənzilli ballistik raketlərdən istifadə edib: “Emad”, “Qədr”, həmçinin iki daha yeni və daha təkmil raketlər “Xeybər Şəkan” və “Fəth”.

Noyabrın 2-də İranın ali lideri Ayətullah Əli Xamenei bəyan edib ki, ABŞ və İsrail İrana qarşı apardıqları siyasətin əvəzini ödəməlidir.

İran prezidenti Məsud Pezeşkian da noyabrın 3-də bəyan edib ki, ölkəsi İsrailin hücumunu cavabsız qoya bilməz. Bununla belə, o qeyd edib ki, Qəzza və Livanda atəşkəs əldə olunarsa, “cavabın növü və intensivliyi” dəyişə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image