image-1backend

İran İsraili bu ölkədən vuracaq –  İsrail kəşfiyyatı

image-reklam_sirab_01

İsrail kəşfiyyatının məlumatına görə, İran yaxın günlərdə İraqdan İsrailə geniş miqyaslı hücum təşkil etməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki , bu barədə “Axios” xəbər platforması İsraildəki mənbələrinə istinadən məlumat yayıb.

“İsrail kəşfiyyatı hücumun çoxlu sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə etməklə İraq ərazisindən həyata keçiriləcəyini güman edir”, – deyə mənbələrdən biri bildirib.

Axios İraqdan bu zərbələri kimin həyata keçirəcəyini dəqiqləşdirmir. Həmin ölkədə iranpərəst şiə hərbiləşdirilmiş qüvvələr fəaliyyət göstərir.

Öz növbəsində, CNN yüksək rütbəli iranlı mənbəsinə istinadən bir müddət əvvəl xəbər vermişdi ki, Tehran İsrailə “qətiyyətli və ağrılı” cavab verməyi planlaşdırır və bu, çox güman ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər baş verəcək.

Oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə bir sıra hava zərbələri endirib, nəticədə 4 İran əsgəri həlak olub. Bu zərbə İranın oktyabrın 1-də İsrailə 200-ə yaxın raket atmasına cavab olaraq həyata keçirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami oktyabrın 31-də deyib ki, İsrail keçən həftə İrana hücum etməklə səhv edib və İranın taleyi İsrailin gözlədiyi “istənilən ssenaridən fərqli olacaq”. 

Öz növbəsində, İranın ali rəhbərinin qərargahının rəhbəri Məhəmmədi Qolpayeqani oktyabrın 31-də Əl Mayadeen TV-yə deyib ki, Tehranın cavabı “aydındır”. Onun sözlərinə görə, İranın cavabı güclü olacaq və “düşmənimizi öz hücumundan peşman edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image