İranın yüksək vəzifəli mənbəsi Əl-Cəzirə telekanalına deyib ki, İranın nüvə obyektlərinə hücum İsrailin məsuliyyət daşıyacağı böyük müharibə demək olacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bu açıqlama İsrail ordusunun baş qərargah rəisi Herzi Halevinin İranın uranı rekord sürətlə zənginləşdirməsi ilə bağlı açıqlamalarından sonra verilib və bu, İsrailin qisas almasına səbəb ola bilər.


























