Oktyabrın 1-də həyata keçirilən raket zərbəsi nəticəsində İran İsrail Hərbi Hava Qüvvələrinə məxsus xeyli sayda F-35 qırıcı-bombardmançı təyyarələrini məhv edib. Vətəninfo.az-in məlumatına görə, bu barədə “Tasnim” agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müşaviri, briqada generalı İbrahim Cabari məlumat verib.
İranın ballistik raketləri İsrailin mühüm bazalarını və F-35 qırıcılarının anqarlarını müvəffəqiyyətlə vuraraq əhəmiyyətli sayda təyyarəni məhv edib”, – deyə o əlavə edib ki, İranın atdığı raketlərin 90 faizi hədəfi vurub.
Cabarinin sözlərinə görə, buna İİKK tərəfindən raket zərbəsi ilə paralel olaraq İsrailin raket əleyhinə müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və radioelektron müharibə əməliyyatları kömək edib.
Oktyabrın 1-də “True Promise 2” əməliyyatı çərçivəsində İİKK İsrail istiqamətində çoxlu sayda raket atıb. İsrail ordusu hücuma lazımi vaxtda cavab verəcəyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl “The Washington Post” ən azı 20 uzaqmənzilli İran raketinin İsrail və onun müttəfiqlərinin hava hücumundan müdafiə sistemlərindən yan keçərək İsrailin üç hərbi və kəşfiyyat bazasını, o cümlədən Nevatim və Tel Nof h. Daha sonra İsrail Müdafiə Qüvvələri sözügedən aviabazalara bir neçə İran raketinin düşdüyünü təsdiqləyib.
Oktyabrın 6-da İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, İran İsrail Hərbi Hava Qüvvələrinə zərər vura bilməyib, heç bir təyyarə zədələnməyib, heç bir eskadrilya sıradan çıxmayıb.