image-reklam-veteninfo
image-1backend

İran kəşfiyyatınının rəhbərindən sensasion açıqlama: İsrailin bütün məxfi obyektlərinin koordinatlarını əldə etmişik 

image-reklam-veteninfo

İranın kəşfiyyat orqanları İsrailin hərbi obyektlərinə dair geniş həcmdə məxfi məlumatlar toplaya bilib. Vətəninfo.az xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri İsmayıl Xətib açıqlama verib.

Nazirin sözlərinə görə, əldə edilmiş sənədlər milyonlarla səhifədən ibarət olmaqla İsrailin keçmiş və hazırkı hərbi layihələrinə, silahların modernləşdirilməsinə, nüvə texnologiyalarının işlənib hazırlanmasına və ABŞ-la birgə həyata keçirilən layihələrə dair mühüm məlumatları əhatə edir.

İsmayıl Xətib əlavə edib ki, bu məlumatlar arasında İsrailin hərbi sənaye kompleksində çalışan əsas mütəxəssislərin və mühəndislərin şəxsi məlumatları da yer alır. Onun sözlərinə görə, bu “məlumat xəzinəsi” İranın regiondakı təhlükəsizlik strategiyası üçün ciddi əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki