İran Küveytdəki ABŞ hərbi bazalarına pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB ordu mətbuat xidmətinə istinadən məlumat yayıb.
İran ordusu Küveytdəki ABŞ hərbi rabitə sistemlərinə, yanacaq çənlərinə, Patriot hava hücumundan müdafiə sistemlərinə, müşahidə qüllələrinə və sursat anbarlarına pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İran ərazisinə daha bir seriya zərbələrinin başladığını elan etmişdi.


























