“Roozno” saytı yazır ki, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistaın baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş ABŞ Prezidenti Donald Trampın “siyasi şou”sunun bir hissəsidir. Trampın bu addımını xarici siyasətdə real uğurların olmaması fonunda imicini bərpa etmək cəhdi kimi təqdim edilir. Saytda iddia olunur ki, Bakı ilə İrəvan arasında sülh razılaşması hazırlanıb. Bildirilib ki, Tramp bu sazişi hazır sənəd kimi irəli sürərək onu öz diplomatik uğuru kimi təqdim etməyə çalışır. #İran mediası, Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağ üzərində tam nəzarət əldə etdiyini xatırladaraq, hazırkı sülh prosesini sadəcə bu reallıqların rəsmiləşməsi kimi dəyərləndirir. Bununla belə, beynəlxalq müstəvidə bu görüş regionda davamlı sülhə doğru mühüm addım kimi qiymətləndirilir. İran mediasının qərəzli yanaşması isə Azərbaycanın suverenliyinə və regional əməkdaşlıq səylərinə kölgə salmağa yönəlmiş cəhd kimi görünür.