image-347446310_627333402624197_2424551969961292893_nbackend

İran mediası: “Türkiyədə keçirilən seçkilərin İran üçün hansı nəticələri olacaq?”

image-reklam_sirab_01

“Türkiyədə prezident seçkisində hər iki namizədin bəyan etdiyi mövqelərini nəzərə alsaq, ümumilikdə Kılıçdaroğlunun qələbəsi İranın xeyrinə sayıla bilməz, çünki Kılıçdaroğlu tərəfindən hökumətin qurulması Türkiyənin ABŞ-la yaxınlaşmasına və Vaşinqtonun anti-İran siyasətini izləməsinə səbəb olacaq.
Ərdoğanın qələbəsi ümumilikdə İran üçün müsbət sayılsa da, problemsiz ötüşməyəcək. Ən mühüm və əsas problem Ərdoğanın millətçi və türkçü siyasəti, bir sözlə neoosmançılıq ideologiyasına sahib olmasıdır ki, bu da istər-istəməz Ərdoğanı İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla, region ölkələri ilə qarşı-qarşıya gətirir.
Məhz bu siyasət Türkiyə və İranın 9-cu və 10-cu hökumət dönəmlərində yaxşı münasibətlərə malik olmasına baxmayaraq Suriyada qarşı-qarşıya gəlməsinə və münasibətlərin gərginləşməsinə səbəb olub. Ancaq Ərdoğanın qələbəsinin İran üçün daha çox müsbət nəticələri olacaq.
Türkiyə son illərdə İranı Qərbin sanksiyalarının zəiflədilməsində dəstəklədiyi və kömək etdiyi ən mühüm ölkələrdən biri olub. Ərdoğanın qələbəsi bu dəstəyi davam etdirə bilər.
Digər tərəfdən, Qərbyönümlü Kılıçdaroğlu hakimiyyətə gəlsə, bu dəstək İran üçün əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Digər bir məqam isə odur ki, Ərdoğan son illərdə Qərb cəbhəsindən uzaqlaşaraq İran və Rusiya ilə yaxınlaşmağa çalışır ki, bu da müsbət haldır.
Əslində, Ərdoğan beynəlxalq siyasətdə də İranın mövqeyinə yaxınlaşıb və Suriya böhranı illərindəki kimi İran qarşısında yer almayıb”.

Fars News

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image