image-bez-nazvaniyabackend

İran mediasından təklif: İqtisadi əməkdaşlıq yolu ilə Tehran və Bakı arasında siyasi gərginliyin azaltmaq olar

image-reklam_sirab_01
İran mediası indi də  İran və Azərbaycan arasında siyasi sahədə yaranmış gərginliyi iqtisadi əməkdaşlıq yolu ilə azaltmağın mümkün olduğu barədə yazılar tirajlayır. Vətəninfo.az həmin yazılardan birini ixtisarla diqqətinizə çatdırır:
Azərbaycan Qərb, Şərq, Şimal və Cənub bazarlarına qoşulmaq üçün yüksək potensiala malik bir halqanın mərkəzində yerləşir.
Azərbaycan üçün enerji hələ də ən mühüm gəlir mənbəyi olduğundan, valyuta gəlirlərini təmin etmək üçün enerji gəlirlərindən asılılığı azaltmağa çalışan bu ölkə beynəlxalq əməkdaşlıq və xarici investisiyalar hesabına yeni qaz nəqli infrastrukturunu inkişaf etdirməyə çalışır.
İran və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafına kömək edə biləcək və hazırda davam edən bəzi birgə layihələrin siyahısı:
1. Son mərhələdə olan və iki ölkə nazirlərinin imzalarını gözləyən güzəştli ticarət sazişi.
2. İran və Azərbaycan arasında dəmir yolu layihəsi (Ərdəbil, Parsabad – İmişli).
3. Astara şəhərində Astaraçay üzərində avtomobil körpüsünün tikintisi.
4. Xudafərin və Qızqalası bəndi və elektrik stansiyaları.
İranla Azərbaycan arasındakı münasibətlərdə vaxtaşırı siyasi gərginliklərə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsində 30% artım müşahidə olunub və tranzit sahəsində əməkdaşlıq yüksək qiymətləndirilib. İranın avtomobil sənayesi Azərbaycanda fəaliyyətdədir və birgə bənd tikintisi layihələri tamamlanmaq üzrədir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki