“Hüquq-mühafizə, kəşfiyyat və təhlükəsizlik qüvvələri son vaxtlar spirtli içkidən zəhərlənmələrlə bağlı baş verən hadisələrin araşdırılması ilə məşğul olmur”.
Vətəninfo.az xəbərinə görə, bunu Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Mohseni Ejei deyib.
Onun sözlərinə görə, texniki spirtlərin qara bazarda satışı, bu spirtlərin digər məhsullarla qarışdırılması və onların yayılması müzakirə edildiyi halda hökumət orqanları araşdırmalar aparmalı və bunu edənləri məsuliyyətə cəlb etməlidir.
O, Əlborz əyaləində baş verən kütləvi zəhərlənmə və ölüm hadisələri ilə bağlı Məhkəmə Hakimiyyətinin iclasında deyib:
“Ən əsası, spirtli içki haramdır və bundan istifadə edənlər günah edirlər”.


























