Vətəninfo.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdestani deyib ki, Tehran-Vaşinqton danışıqlarının gələcək perspektivi müsbətdir. O, İran və ABŞ-nin nüvə proqramı barədə razılaşacağına ümid edib.
“İran heç vaxt uranın zənginləşdirilməsini dayandırmayacaq və Amerika ilə əldə etdiyimiz razılaşmada biz öz ölkəmiz daxilində 20% və ya ən azı 5% faiz zənginləşdirməni imkanını mütləq saxlayacağıq”, – deyə, millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi üçün yaradılan obyektlərin də ləğvi ilə razılaşmayacaq.