Vətəninfo.az xəbər verir ki, dünən İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə peycer partlaması nəticəsində yaralanan və İranda müalicə alan livanlıları ziyarət edərkən, İsrailin Livana hücumlarını pisləyib və bildirib ki, “sionistlər” bu hərəkətlərlə “müqavimət hərəkatını” məhv edə biləcəklərini düşünürlərsə, çox yanılırlar.
“Müsəlman ölkələri bu cinayətləri yalnız pisləməməlidir, həm də siyasi əlaqələri kəsmək və bu hökumətin səfirlərini ölkədən çıxarmaq və iqtisadi əlaqələri kəsmək lazımdır. Təl-Əvivə soyqırımı dayandırmaq üçün təzyiq göstərilməlidir”, – deyə, nazir iddia edib.
O, Livanda peycerlərin partlamasına toxunaraq qeyd edib ki, terror aktları üçün rabitə vasitələrindən istifadə ölkələr arasında ticarət qaydalarının pozulmasına səbəb olur.