İran müharibə istəmir-Pezeşkian
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi müharibəyə can atmır, lakin İran xalqının hüquqlarını qoruyacaq.
Vətəninfo.az xəbər verir ki, İranın İsrailə cavab vermək hüququnu vurğulayan Məsud Pezeşkian bunu İsrail tərəfinin İranın hərbi obyektlərinə hücumundan sonra hökumətin iclasında deyib.
İran prezidenti İsrailin hərəkətlərini davam etdirəcəyi təqdirdə gərginliyin daha da artacağı ilə bağlı xəbərdarlıq edib.